Putinin yenidən seçilməsi tələbi rusları ikiyə böldü

Putinin yenidən seçilməsi tələbi rusları ikiyə böldü

Rusiyanın "Levada" Təhlil Mərkəzi Putinin 2024-cü ildən sonra yenidən prezident olmasına imkan verəcək konstitusiya dəyişikliyi layihəsi ilə bağlı ictimai sorğu keçirib.

 
İctimaiyyətə açıqlanan sorğunun nəticələrinə görə, Putinin 2024-cü ildən sonra daha iki müddətə prezident olmasına imkan verən tənzimləməyə 48 faiz dəstək verilib, əleyhinə olanlar isə 47 faizdir.
 
"2024-cü ildən sonra Putini yenidən prezident kimi görmək istərdinizmi?" sualına rusiyalıların 46 faizi "bəli" cavabını verib, "yox" deyənlər isə 40 faiz səviyyəsində qalıb. "Bu suala cavab vermək çətindir" deyənlər 14 faizdir.
 
Rusiya parlamentindəki millət vəkillərinin istəyi ilə Putin üçün xüsusi hazırlanmış bir layihə, ölkədəki siyasi sistemi dəyişdirəcək konstitusiya dəyişikliyinə daxil edilib.
 
Putinin iki dəfə seçilməsindən sonra üçüncünü qadağan edən konstitusiyaya maddəsinə baxmayaraq, Putin yenidən namizəd ola biləcək. 2024-cü ildə keçiriləcək seçkidə namizəd olmağa imkan verən qanun layihəsi ilə Putinin 2036-cı ilə qədər prezident qalması mümkün olacaq.
 
Putin bu yaxınlarda konstitusiya dəyişikliyini 22 aprel referendumuna çıxarmaq qərarını imzalayıb. Bununla belə, yeni növ koronavirusa görə referendum naməlum tarixə təxirə salınıb.

Google+ WhatsApp ok.ru