Putin Myanmarda müsəlmanlara qarşı törədilən zorakılığı pislədi

Putin Myanmarda müsəlmanlara qarşı törədilən zorakılığı pislədi

Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmardakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
 
Virtualaz.org bildirir ki, bu barədə "Qazeta.ru" Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər yayıb.
 
Xəbərdə bildirilir ki, Çində Rusiya, Çin, Braziliya, Hindistan və CAR-ın iştirakı ilə keçirilən beynəlxalq sammitdə görüşən iki lider Myanmarda baş verənlərlə bağlı ümumi mövqelərini ifadə ediblər.
 
Mətbuat katibi qeyd edib ki, prezident Putin və həmkarı Əs-Sisi zorakılıqlarla bağlı hədsiz narahatlıqlarını ifadə etdilər. Onlar zorakılığın istənilən təzahürünü, o cümlədən müsəlmanlara qarşı zorakılıqları pisləyiblər.
 
Peskovun sözlərinə görə, hər iki prezident Myanmar hakimiyyətini vəziyyəti mümkün qədər tez nəzarət altında almağa çağırıblar.
 
D.Peskov onu da bildirib ki, Misir prezidenti Əbdül Fəttah Əs-Sisi Rusiya lideri Vladimir Putini Misirə dəvət edib. Səfərin vaxtı və müddəti diplomatik kanallarla razılaşdırılacaq.

Google+ WhatsApp ok.ru