Putin NATO-ya cavab verəcəyini deyir

Putin NATO-ya cavab verəcəyini deyir

NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi iştirakını gücləndirməsi qüvvələrin balansını dəyişib. Bunu deyən Rusiya prezidenti Vladimir Putin bahalı silahlanmaya getmədən buna cavab verəcəyini deyib.

NATO Polşa və Baltik ölkələrində raketdən müdafiə sistemləri yerləşdirməklə antirusiya niyyətlərini ortaya qoyub, Putin iyunun 30-da Moskvada rusiyalı diplomatların görüşündə söyləyib.

“Bütün bunda məqsəd on illər boyunca formalaşmış hərbi bərabərliyə zərbə vurmaqdır”, o söyləyib.

NATO şərq üzvlərinin Rusiyanın Ukraynada təcavüzkar hərəkətləri sarıdan qorxusunu önləmək məqsədilə silah və əsgərlərinin rotasiyasını həyata keçirib.

Rusiya isə, özəlliklə, NATO-nun raketdən müdafiə sisteminə əsas təhlükəsizlik hədəsi kimi baxır və bunu önləmək məqsədilə cənub-qərb regionunda 3 yeni diviziya yaratmağı planlaşdırır.

Putin deyib ki, Rusiya bahalı silahlanmaya getmədən NATO-ya “adekvat cavab verəcək”.

Google+ WhatsApp ok.ru