`Putin sarayı`nın fotosu yayıldı - FOTO

Son zamanlar ən qalmaqallı prezidenti hesab edilən Rusiya dövlət başçısı Vladimir Putinin sarayının görüntüsü yayılıb.
 
İnternetdə yayılan görüntüdə saray quşbaxışı təsvir edilib.
 
Putinin sarayı olduğu iddia edilən malikanə Qara dənizin sahilində, Gelencikdə yaşıllıqlar içərisindədir. Fotonu Rusiya Korrupsiyaya qarşı mübarizə fondunun əməkdaşı, Aleksey Navalninin silahdaşı Georgi Alburov yayıb.
 
"Bu foto əvvəll heç yerdə görünməyib. Putinin Gelencik yaxınlığındakı malikanəsinə qiymət verin", - deyə o öz "Facebook səhifəsində yazıb.
 
Malikanənin 1 milyard dollara inşa edildiyi iddia edilib. İtaliya tərzi döşənən malikanədə mərmər hamam otaqları, idman salonu, SPA mərkəzi, gizli çay evi, üç helikopter üçün meydança, sahilə birbaşa eniş üçün liftlər və sairə var.
 
Putinin sözçüsü açıqlama verərək iddiaları təkzib edib və bu malikanə ilə heç bir əlaqələri olmadığını bildirib.
 
Qeyd edək ki, fevral ayının 27-də Kremlin yaxınlığında güllələnərək qətlə yetirilən müxalifətçi Boris Nemtsov 2012-ci ildə yazdığı kitabında Putinin 20 sarayı, 43 təyyarəsi, 15 helikopteri və 4 ədəd lüks gəmisi olduğunu iddia edirdi.

Google+ WhatsApp ok.ru