Putin son 12 il ərzində ilk dəfə Səudiyyə Ərəbistanına gedəcək

Putin son 12 il ərzində ilk dəfə Səudiyyə Ərəbistanına gedəcək

Rusiya prezidenti ilə Səufiyyə kralı Salman bin Abdul Al Səud oktyabrın 14-də Ər-Ryadda baş tutacaq görüşdə neft bazarındakı vəziyyətin stabilliyi məsələlərini müzakirə edəcəklər.

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuriy Uşakov jurnalistlərə məlumat verib.

O qeyd edib ki, Rusiya və Səudiyyə Ərəbistanını fəal rolu sayəsində OPEK-in neft istehsalının azaldıması yönündə danışıqlarının müddətini gələn ilin mart ayına qədər uzatmaq barədə razılığa gəlinib.

Bundan əlavə iki ölkə arasında çox sahəli qarşılıqlı əməkdaşlıqın yolları bəlirlənəcək. Bunlar əsasən kənd təsərrüfatı, enerji, hərbi-texniki, mədəni-humanitar müstəvilərdə olacaq.

Kreml nümayəndəsinin sözlərinə görə görüşün yekununda 30-a yaxın sənəd imzalanması nəzərdə tutulur.

2018-ci ildə bu iki ölkə arasındakı ticarət dövriyyəsi 15 faiz artaraq 1 milyard dolları keçib. 2019-cu ilin yanvarında bu göstərici 38 fazi artıb və 846 milyon dollardan çox olub.

Google+ WhatsApp ok.ru