Putin uşaqlara Quran oxumağı tövsiyə etdi

Putin uşaqlara Quran oxumağı tövsiyə etdi

"Uşaqların İncil, Quran və Tövrat kitablarını oxumaları onlar üçün faydalıdır"
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çivəsində dünyanın böyük informasiya agentliklərinin rəhbərləri ilə görüşündə Hansı kitabı oxumağı tövsiyə edirsiz sualının cavabında  deyib. 
 
“Qoy, uşaqlar İncil, Tövrat və Quran oxusunlar. Bütün bunlar qızlar və oğlanların xeyrinədir. Çünki bütün dinlər onları daha yaxşı bir dünyaya aparan inanclara əsaslanır.Biz onlara inanıb, onları izləsək, dünya daha yaxşı olar”, - deyə Putin vurğulayıb. 
 
 
 

Google+ WhatsApp ok.ru