Putin və Kim Çen Inın görüşündə razılıq əldə edilməyib

Putin və Kim Çen Inın görüşündə razılıq əldə edilməyib

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda baş tutan görüş zamanı heç konkret razılaşma əldə olunmayıb.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
 
"İkitərəfli münasibətlərə dair bir sıra məsələlər istisna olunmaqla hər hansı bir konkret razılaşma əldə olunmayıb", - deyə Uşakov vurğulayıb.
 
O, qeyd edib ki, liderlərin danışıqları olduqca faydalı olub: "Tərəflər Koreya yarımadasında vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər".
 
Qeyd edək ki, Vladimir Putin və Kim Çen In rəsmi olaraq ilk dəfə aprelin 25-i görüşüb. Liderlər mətbuata qapalı şəkildə 2 saatdan çox müzakirələr aparıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru