Putin və Ərdoğan arasında telefon danışığı aparılıb

Putin və Ərdoğan arasında telefon danışığı aparılıb

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
 
İki ölkə başçısı Liviyadakı vəziyyəti və Suriya ilə bağlı əməkdaşlığı davam etdirməyi müzakirə ediblər.
 
Bildirilib ki, Prezidentlər, xüsusilə "Liviyada davam edən hərbi qarşıdurmanın artması ilə əlaqəli məsələlərə toxunublar.
 
Bundan əlavə, dövlət başçıları "Suriya barədə, o cümlədən respublikanın İdlibdə və şimal-şərqdə vəziyyətin sabitləşdirilməsi üçün Rusiya-Türkiyə razılaşmaları kontekstində də fikir mübadiləsi aparıblar"
 
Prezidentlər terror qruplaşmalarına qarşı mübarizə üçün birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər. /Trend
 

Google+ WhatsApp ok.ru