Putin və Ərdoğan Suriya ərazisində atəşkəs barədə razılığa gəlib

Putin və Ərdoğan Suriya ərazisində atəşkəs barədə razılığa gəlib

Bu gecədən etibarən atəşkəs qüvvəyə minir.

 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra açıqlamasında deyib.
 
"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək.", - deyə Ərdoğan bildirib.
 
Martın 15-dən "M4" magistral yolunda birgə patrul həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru