Putin XİN rəhbərinin müavinini ABŞ-a səfir təyin etdi

Putin XİN rəhbərinin müavinini ABŞ-a səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin ölkənin XİN başçısının müavinini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Bu barədə Kremlin saytında bildirilir.
 
"Anatoli İvanoviç Antonov prezident fərmanı ilə Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub",-deyə məlumatda deyilir.
 
A.Antonov həmçinin Rusiyanın Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi təyin olunub.
 
Bu günə qədər həmin vəzifəni Sergey Kislyak icra edirdi.(FaktXəbər)
 

Google+ WhatsApp ok.ru