"O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər."

"Bəqərə" surəsi, ayə 3

Həzrət Məhəmməd (s) buyurur:
“Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lənət oxuyar.”



QƏLB ARAMLIQ MƏRKƏZİDİR

Tarix : 12-09-2018 17:31

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 260-cı ayəsində buyurur:

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ

“(Xatırla) o zaman ki, İbrahim dedi: “Ey Rəbbim, mənə ölüləri necə diriltdiyini göstər.” (Allah-Taala) buyurdu: “Məgər iman gətirməyibsən?! (İbrahim) ərz etdi: “(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün (soruşdum).” (Allah-Taala) Buyurdu: “Dörd quş (rəvayətə görə tovuz, xoruz, göyərçin qarğa) tut onları öz yanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan bir parça qoy. Sonra quşları çağır, sürətlə sənə doğru gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir.”

İslam Peyğəmbərindən (s) sonra tarixin misilsiz şəxsiyyəti imam Əli (ə) buyurmuşdur:

لَوْ کُشِفَ الْغِطَاءُ مَا ازْدَدْتُ یَقِیناً

Əgər pərdələr çəkilsə belə mənim yəqinimə bir şey artırılmaz.” (“Qurərul-hikəm”, c.1, səh.566, hədis 1.)

Amma başqa insanlar öz eşitdiklərini, hətta inandıqlarını da gözlə müşahidə etmək istəyirlər. Hamı şəkərin çuğundurdan hazırlandığını bilsə də, bu prosesin necə getdiyini bilmək istəyir.

Nəql olunur ki, Həzrət İbrahim (ə) bir dənizin kənarından keçirdi. Sahildə bir leş gördü. Onun yarısı suda, yarısı quruda idi. Quruda qalan hissəni quşlar, suda qalan hissəni dəniz heyvanları didişdirirdi. Həzrət öz-özünə dedi: “Əgər bu iş insanın başına gəlsə və insanın bədən üzvləri heyvanlar arasında bölüşdürülsə, qiyamət günü bu üzvlər bir yerə necə toplana bilər? Ona görə də Allahdan istədi ki, ölüləri necə dirildəcəyini ona göstərsin. Allah da İbrahimin (ə) bu istəyini yerinə yetirib onu yəqin və əminlik nuruna qərq etdi.

Bu ayə bizə öyrədir ki:

1. Ölüləri diriltmək Allahın rübubiyyət şənindəndir.

2. Bir şeyi dərindən öyrənmək üçün hiss üzvlərindən istifadə zəruridir.

3. Həqiqətlərin kəşfi və onlara şahidlik elm, iman və dəlil mərtəbələrini adlamış kəslər üçündür. Hər kəsin yox, İbrahimin “göstər” (“ərini”) istəyinə cavab verilir.

4. İman və yəqinliyimizi dərinləşdirib əminlik həddinə çatmaq fikrində olaq. Araşdırma və maraq özü bir dəyərdir.

5. İmanın mərhələləri və dərəcələri var.

6. Qəlb aramlıq mərkəzidir.

7. İlahi övliyaların “təkvini vilayət” adlanan varlığa təsir gücü var.

8. Məad cismanidir və qiyamətdə ruh bədənin həmin zərrələrinə qayıdacaqdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 260-cı ayənin təfsiri.)

Maide.Az

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:01