Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi

Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi

Pərvərdigari-aləm Qurani-məcidin «Maidə» surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər! Allahdan qorxun! Ona [Onun rəhmət lütfünə qovuşmaq üçün] yol axtarın......»

Dünyanın yaradılışından indiyə qədər yer üzünə peyğəmbərlər gəlmiş və hər birinin Allah tərəfindən verilmiş özünəməxsus möcüzələri olmuşdur. Möcüzə,  yalnız peyğəmbərə verilir. İmamlar və Allaha yaxın olan digər övliyaların gördükləri xarüqüladə işlərə isə «kəramətlər» deyilir. Allah yanında xüsusi məqama malik olanlar, xüsusən də Məsum İmamlar (əleyhimussalam) bu cəhətdən daha üstündürlər.

Qarşınızdakı bu kitabda Həzrət Əli (əleyhissalam)-ın oğlu, Kərbəla qəhrəmanı, imam Hüseyn (əleyhissalam)-ın ələmdarı həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın «kəramətləri» və insanlara verdiyi şəfaətlərdən söz açılır. Onu da qeyd edək ki, bütün bu kəramətlər yalnız, Allahın izni ilə yerinə yetirilir. Kitabın müəllifi (höccətül İslam Əli Rəbbani Xəlxali) bu «kəramətləri» məktbular vasitəsi ilə dünyanın müxtəlif yerlərindən cəm etmiş və əziz müsəlman qardaş və bacılardan ötrü qələmə almışdır.

Google+ WhatsApp