Qəzzada qanlı Ramazan: 120 şəhid və 750 yaralı

Sionist rejiminin topxana və hərbi təyyarələri Ramazan ayında Qəzzadakı fələstinliləri hələ də atəş altında saxlayır və buna dünya ictimaiyyəti sakit qalır. 
“Əl-əqsa” televiziya kanalının məlumatına görə, sionistlərin bu gün səhər Qəzzanın şimal və cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində daha 7 fələstinli şəhid olub.
Sionist rejiminin quru qoşunlarının əməliyyatları başlamasından sonra,  Fələstin Müqavimət qüvvələri Qəzza limanında bu şəhərə girmək istəyən İsrail komandolarının qarşısını alıblar.
Fələstinin səhiyyə təşkilatlarının məlumatına görə, İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 120 fələstinli şəhid olub və 750 nəfər isə yaralanıb.
İsrailin qırıcı təyyarələri Qəzzada xəstəxanalar, evlər və məscidləri belə bombalayırlar. Qırıcılar indiyədək Qəzzaya 1100 hücum təşkil ediblər.
Fələstinli həkimlər və hüquq müdafiəçiləri sionist rejimini Qəzza zolağına hücumlarda qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham edirlər.
Qüds müqavimət qüvvələri də sionist rejiminin hücumlarının cavabında işğal olunmuş ərazilərin müxtəlif bölgələrinə raket hücumları təşkil ediblər. Bu hücumlar nəticəsində 4 nəfər ölüb.

Google+ WhatsApp ok.ru