Qəzzəyə hücumun sionist rejimin iqtisadiyyatına mənfi təsirləri

İsrail rejiminin Qəzzə zolağına qarşı hücumlarının davam etməsi bu rejimin iqtisadiyyatının müxtəlif sektorlarında durğunluğa səbəb olub.
 
İordaniyanın rəsmi xəbər agentliyi(Petra)nin məlumatına görə, İsrail rejiminin Qəzzə zolağına qarşı hücumlarının başlanma sından 7 gün keçir. Bu hücumlara cavab olaraq Sionistlərin yaşadıqları müxtəlif şəhər və məntəqələr Fələstin müqavimət qüvvələrinin raketləri ilə vurulur və bu işğal olunmuş ərazilərdə sinonist rejimin aviasiya sektoru və  həmçinin daxili və xarici turizm sektoruna ciddi ziyan vurub.
 
Sionist “Haarets” qəzetinin məlumatına əsasən, işğal olunmuş ərazilərdə xüsusi ilə Təl-Əviv və işğal olunmuş Qüdsdəki otellərdə  müştəri azalması ilə müşahidə olunur.
 
Sionist rejimin turizm şirkətlərindən birinin baş direktorunun sözlərinə görə, turistlər özlərinin işğal olunmuş ərazilərdəki qalma müddətlərini azaldıblar və işğal olumuş əraziləri tərk etməyə başlayıblar.
 

Google+ WhatsApp ok.ru