Qəzzada ölənlərin sayı 306-ya çatdı

Fələstin Hökümətinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf-əl-Kudra İsrailin Qəzzanın fərqli ərazilərinə bu gecə həyata keçirdiyi hücumlarda 9 nəfərin öldüyünü və çoxlu sayda insanın da yaralandığını bildirib.
 
Kudra:"Qəzzanın mərkəzinə atılan top zərbəsi nəticəsində 1, şimala həyata keçirilmiş hava hücumunda 1, cənubdakı Xan Yunus şəhərinə edilən hava hücumunda 7 nəfər olmaqla ümumilikdə 9 nəfər həyatını itirib" deyə bildirib.
 
BMT qərarlarını əvvəllərdə dəfələrcə pozmuş İsrailin iyun ayının 7-dən Qəzzaya etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 306-ya yaralananların sayı isə 2 min 250 nəfərə çatıb.
 
Qeyd edək ki, İsrailin Qəzzaya havadan,qurudan və dənizdən davam edən hücumlarında ölən 306 nəfərdən 74-ü uşaq , 26-sı isə qadındır.
 
İsrail ordu qərargahı 7 iyulda başladığı əməliyyatları "Qoruyucu xətt" şərti adı altında həyata keçiri.

Google+ WhatsApp ok.ru