`Qəzzada baş verənlər heç bir çərçivəyə sığmayan cinayətlərdir`

Sərdar Hacıhəsənli: `Çünki Fələstin məsələsində işğalçının kim, işğal olunanın kim olduğu gün kimi aydındır`

İslamazeri.az İnternet Qəzeti son günlər Qəzza zolağında baş verən hadisələr və beynəlxalq Qüds günü ilə bağlı ilahiyyatçı alim Sərdar Hacıhəsənlidən müsahibə alıb.
 
- Qüds gününün əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz? 
-H ər bir şeyin əhəmiyyəti onun mahiyyəti ilə birbaşa əlaqəlidir. Qüds gününə gəldikdə isə onun mahiyyəti işğala və işğalçılığa qarşı hayqırı deməkdir. Əgər insnanlar dünyada sülh və stabilliyi görmək istəyirsə çıxış yolu birdir. İşğalçılığa qarşı hayqırı. Qüds günü belə bir gün olduğundan əhəmiyyətlidir. 
 
- Dünyada və Azərbaycanda Qüds günü necə qeyd olunmalıdır? 
- Mütəal Allahın insana verdiyi həyatı yaşamaq və onun gözəlliyindən zövq almaq insanın haqqıdır. İnsan buna nail olmaq üçün əminamanlıq zəruri şərtdir və dünyanın hər hansı bir nöqtəsində baş verənlər başqa yerlərə təsirsiz ötmür.  Bu gün dünya xalqları dünyanın hər hansı bir nöqtəsində qalxan müharibə odunun tüstüsünün onun gözünə getməməsin istəyirsə, bunun yolu dünyada baş verənlərə - məndən keçdi qonşuya dəysin – prinsipi ilə yanaşmamalı, əksinə öz evinə keçməsin deyə qonşudakı alovu söndürməlidir.  Bu baxımdan dünya ictimaiyyəti silahın gücünə sığınaraq işğalçı siyasət yürüdən sionist rejimə dur tələbini ortaya qoymalı, buna nail olana qədər bütün mümkin yollardan istifadə etməlidir. Çünki Fələstin məsələsində işğalçının kim, işğal olunanın kim olduğu gün kimi aydındır. Deməli işğalçını yerinə otuzdurana qədər onunla heç bir siyasi, iqtisadi və hətta mədəni əlaqələr belə qurulmamalıdır. Qısası dünya - işğalçıya inziva -  siyasətini seçməlidir. 
 
- O ki, qaldı Azərbaycana,  biz də, bu məsələdə isitisna deyilik. Əksinə üç dəlilə görə, daha aktiv iştirak etməyimiz zəruridir.
- Birinci səbəbi budur ki, biz müsəlmanıq. İslam din olaraq heç bir müsəlmana, dilindən və dinindən asılı olmayaraq zülmə və təcavüzə məruz qalan insanların taleyinə biganə qalmaq və onlara yardım etməmək icazəsi vermir. 
İkinci səbəbi budur ki, Fələstin xalqı müsəlmandır və biz İslami Təşkilatlara üzv olan ölkələrdənik. Bu isə bizim üzərimizə müsəlman ölkələrlə əlaqədar öhdəliklər gətirir. Bir müsəlman ölkəsi olaraq başqa bir müsəlman ölkəsinə olunan təcavüz və işğala biganə qalmağa haqqımız yoxdur. Bu səbəbdən Fələstin xalqına siyasi, maddi və mənəvi dəstək zəruridir. 
Üçüncü səbəbi isə  eyni taleyi yaşamağımızdır. Biz ərazi işğalını və onun fəsadlarını yaşayan xalq olaraq, dünya ictimaiyyətindən umduğumuz ədaləti Fələstin xalqı barəsində yerinə yetirməliyik. 
İşğalçı israil rejiminin son günlər Qəzza zolağında fələstinli müsəlmanlara qarşı törətdiyi qətliam barədə nə deyə bilərsiz?  Sizcə bu qətliamın arxasında İsraildən başqa hansı dövlət dayanıb? 
 
Son günlər Qəzzada baş verənlər heç bir çərçivəyə sığmayan cinayətlərdir. Oradakı dinc əhalinin başına yağan bombalar, sanki bir xalqın məhvinə verilmiş qərardır. Dünya ictimaiyyətinin sükutu isə bir növ bu qərarın təsdiqidir. Dünyaya hakim olan böyük şeytanların məsələ ilə əlaqədar heç bir əməli addım atmaması , əvəzində isə Fələstin xalqını günahlandırması məsələnin  öncədən onların razılığı və dəstəyi əsasında baş tutduğuna şübhə doğurmur. Böyük qüdrətlərin oyuncağına çevrilən beynəlxalq təşklatların qərarları isə ,heç bir əməli effektə malik olmadığndan, gözdən asılan yalançı pərdədən başqa bir şey deyildir.

Google+ WhatsApp ok.ru