Qəzzada atəşkəsin ilk saatlarında dağıntılar altından 76 cəsəd çıxarıldı

Qəzzada 12 saatlıq atəşkəsin elan edilməsindən sonra insanlar küçələrə axışıb. Onlar öz yaxınlarının meyidlərini dağıntılar altında axtarmağa başlayıb.

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə, Atəşkəsin elanının ilkin saatlarında Qəzzanın müxtəlif bölgələrindən dağıntılar altından 76 fələstinlinin cəsədini çıxardıblar.  Ümumilikdə Qəzzada şəhid olanların sayının 970 nəfərə çatdığı bildirilir.

 İşğalçı israil və HƏMAS arasında əldə olunmuş atəşkəsin 08:00-dan 20:00-a qədər davam edəcəyi bildirilir. /

Google+ WhatsApp ok.ru