Qəzzada öldürülənlərin sayı 1283-ə yüksəldi

Qəzzadan ölüm xəbərləri hər dəqiqə yenilənir. Keçmiş hökumət nümayəndəsi Əşrəf Əl-Kudra bildirib ki, İsrailin fasiləsiz olaraq davam edən hücumlarında gecə yarısından yerli vaxtla saat 12.15-ə qədər 54 nəfər dünyasını dəyişib. 
 
Kudra İsrailin Qəzza zolağına istiqamətli hücumlarının 24-cü günündə ölü sayının 1283-ə, yaralı sayının isə 7170-ə yüksəldiyini deyib.
 
Bu arada isə İsrail ordusu Qəzzaya istiqamətli hücumlarının başladığı gündən bu yana 53 əsgərini və 3 vətəndaşını itirdiyini açıqlayıb. Həmasın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadaları isə 110 İsrail əsgərinin öldürüldüyünü deyir.

Google+ WhatsApp ok.ru