Qəzzaya 6 miyard dollar ziyan dəydi

İşğalçı İsrailin Fələstinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar regionda çoxsaylı dağıntılara səbəb olub. Fələstin lideri Mahmud Abbas Aralıq dənizi sahilində yerləşən anklavı fəlakət bölgəsi adlandırıb və Birləşmiş Millətlər Təşkilatını müharibənin fəsadlarını aradan qaldırmaq üçün addımlar atmağa çağırıb. Maide.az-ın məlumatına görə, Qəzzanın Şuacə rayonu ən çox dağıntıya məruz qalan bölgədir. Burada, məlumata görə, azı 1000-dən çox bina dağılıb. Nəticədə 10 mindən çox insan evsiz qalıb. Qəzzanın yenidən bərpası üçün 6 milyard dollarlıq büdcəyə ehtiyac var. Hazırda İsrail ilə Fələstinin Həmas hərəkatı arasında atəşkəs rejimi davam edir.

Atəşkəsin bu gün erkən saatlarda başa çatacağı gözlənilir. Bir qədər əvvəl tərəflər 72 saatlıq atəşkəsə razılıq vermişdilər. Qəzzalılar bir tərəfdən atəşkəsin uzun müddətli olacağına ümid etdiyi bir vaxtda, digər tərəfdən BMT məktəblərinə sığınmağa davam edirlər. İsrail hökuməti atəşkəsin uzadılmasına dair istəyini bildirsə də, Həmas qarşı tərəflə ümumi razılığa gəlmək üçün əsasın olmadığını deyib.Fələstin rəhbərliyi bir ay davam edən qarşıdurmalar zaman azı 1900 nəfərin şəhid olduğunu açıqlayıb. Onlardan 400-ünün azyaşlı olduğu bildirilir.

Google+ WhatsApp ok.ru