Qəzzada yenidən 72 saatlıq atəşkəs

Misirin təklifi ilə bu gecə Bakı vaxtı ilə 00:30 –dan Qəzzada 3 günlük atəşkəs elan edilib.
Misirin Həmas və digr Fələstinli qruplarla keçirdiyi görüşlərdən sonra Qəzza bölgəsində üç günlük atəşkəs elan edilib. Misirin təklif etdiyi 72 saatlıq atəşkəs təklifi İsrail və Həmas tərəfindən qəbul edilib.  
Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə,  HƏMAS lideri Xalid Məşəl atəşkəsin elan olunmasını təsdiqləyib və deyib ki, humanitar yardımların çatdırılması və müzakirələrin nəticələnməsi məqsədi ilə atəşkəsin elan olunmsına razılaşmışıq.
X.Məşəl deyib ki, bizim müzakirə etməkdən məqsədimiz budur ki, Fələstinlilərin istəkləri yerinə yetirilsin və Qəzza əhalisi mühasirəsiz həyat yaşasın.
əl-Əqsa kanalının məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi elan edib ki, sionist rejimin Qəzzaya hücumları nəticəsində indiydəək 1939 fələstinli şəhid olub və 10 minə yaxın fələstinli isə yaralanıb.
Qeyd edək ki, avqus ayının 5-də də Misirin təklifi ilə  Qəzzada 3 günlük atəşkəs elan edilmişdi.
Tərəflər arasında tam razılığın əldə edilməsi üçün Fələstinin HƏMAS hərəkatı İsraildən Qəzza blokadasını aradan qaldırmasını, rəsmi Təl-Əviv isə HƏMAS-ın tərksilah edilməsini əsas şərt kimi irəli sürür. /

 

Google+ WhatsApp ok.ru