Qəzzada dәri xəstәliklәri yayılıb

Sionist rejimin Qəzzaya hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər arasında dəri xəstəlikləri yayılıb.
Maide.az-ın  Əl-Həyata istinadən məlumatına görə, Fələstin səhiyyə naziri Cavad Avvadın bildirib ki, sәhhiyә әmәkdaşları, BMT-nın Fələstinli Mühacirlərə Kömək Agentliyi (UNRWA) düşәrgәlәrdә qalan və sayları 400 minә çatan fələstinlilərin bəzilərində, başda "qotur" olmaqla müxtəlif dəri xəstəlikləri müşahidә olunuduğunu aşkar ediblәr.
 
Avvad bildirib ki, düşәrgәlәrdә su və təmizlik vəsaitinin vəziyyəti qәnaәtbәxş deyil. Avvadın sözlərinə görə, bәzi qaçqınlar vərəm xəstəliyinə dә düçar olublar. "Dəri və zöhrəvi xəstəliklər üzrə mütəxəssislər və dərmanlar göndərməklə bu xəstəliklərin geniş yayılmasının qarşısını almağa çalışırıq", -deyə Avvad bildiri.
Avvad əlavə edib ki, İşğalçı İsrail xәstәxana vә klinikalara hücumları sәbәbi ilә Qəzzadakı peyvənd və sağlamlıq sisteminә böyük nisbәtdә zәrәr dәyib. 
 
Qeyd edək ki, Sionist rejim illərdir ağır sanksiyalar tәtbiq etdiyi Qəzzaya iyulun 7-də havadan və dənizdən, iyulun 17-də isə qurudan hücum tәşkil edib. Əldә edilәn mәlumatlara görә, hücumlarda 1980 nәfәr fələstinli şəhid olub, 10196 nәfәr fələstinli  isә yaralanıb. /

Google+ WhatsApp ok.ru