Qəzzada ölənlərin sayı 2 mini keçdi

İsrailin Qəzza ərasizindəki hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2 mini keçib.  Ardıcıl hava zərbələrinə məruz qalmış regionun səhiyyə işçiləri bildiriblər ki, bazar gününə olan məlumata görə, ölənlərin sayı 2016 nəfərə çatıb. Xəsarət alan 10 min 193 nəfər isə hələ də zəif səhiyyə sistemindən əziyyət çəkir.

Rəsmilərin sözlərinə görə, ölənlərin 540 nəfəri azyaşlılardır. Dağıntılar altından xeyli sayda insan çıxarılıb. Bir çox yaralılar lazımi dərman preparatlarının olmaması səbəbindən həyatını itirib.

Google+ WhatsApp ok.ru