Qəzzada şəhidlərin sayı 2121-ə çatıb

İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində şəhid olanların sayı 2121-ə çatıb, 19 min 870 nəfər yaralanıb.
 
Maide.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Fələstin hökumətinin Qəzzadakı Səhiyyə Nazirliyinin mətbuat katibi səlahiyyətlərini icra edən Əşrəf əl-Küdri məlumat verib.
 
Onun sözlərinə əsasən, İsrail ordusunun ötən gün Qəzzada həyata keçirdiyi əməliyyat nəticəsində 17 nəfər ölüb, 69 nəfər xəsarət alıb. Bundan başqa, sektorun şimalında yerləşən məscid atəşə məruz qalıb, nəticədə yeddi nəfər yaralanıb. /

Google+ WhatsApp ok.ru