Qəzzada qalıcı atəşkəs təmin edildi

Fələstin rəhbəri Mahmud Abbas Fələstinli qruplar ilə İsrail arasında qalıcı atəşkəsin təmin edildiyini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, İsrail rejimi ilə Fələstinli qruplar arasında Misirin vasitəçiliyi ilə qalıcı atəşkəsin qüvvəyə minməsindən sonra Həmas rəhbərliyi İsrailə qarşı zəfər qazanıldığını açıqlayıb.
 
Həmas sözçüsü Sami Əbu Zuhri açıqlamasında "Fələstin müqaviməti Ərəb ordularının birləşərək edə bilmədiklərini etdi və 51 gün davam edən hücumların sonunda tələblərinin çoxunun reallaşmasını təmin etdi" deyib. Zuhri, "daha əvvəl sionistlərə "Qəzzaya yaxın yerlərdəki evlərinizə baş nazir Binyamin Netanyahunun deyil, ancaq Həmasın icazəsiylə girə bilərsiniz" demişdik. İndi atəşkəsin qüvvəyə girməsinin ardından İsraillilərə "Həmasın qərarıyla evinizə dönə bilərsiniz" deyirik" söyləyib.
 
Fələstin müqavimət hərəkətlərinin zəfərinin, xalqın fədakarlıqlarıyla qazanıldığını vurğulayan Zuhri, bunları söyləyib: "Bu gün xalqımızın və Fələstin müqavimətinin zəfərini elan edirik. Starejik nöqtələri vuraraq, aerodromlara mühasirə tətbiq edərək, sionistləri müqavimət qruplarının atdığı raketlərdən qorunmaq üçün yerin altına girməyə məcbur edərək İsrailin daşındırıcı gücünü qırdıq."

Google+ WhatsApp ok.ru