Qəzzada xərçəng xəstəliyinə tutulanların sayı çoxalıb

Fələstinin siyasi fallarından biri bəyanat yayaraq bildirib ki,Sionist rejimin Qəzzaya qarşı 50 günlük müharibəsində qadağan olan silahlardan istifadə etməsi, bu məntəqənin çirklənməsinə səbəb olub. Ona görə də hazırda Qəzzada xərçəng xəstəliyinə düçar olan insanların sayı çoxalmaqdadır.
 Press TV-nin məlumatına görə, Qəzzada insan haqları müdafiəçiləri və siyasi fəallardan  olan Saleh Əbdül-Ətay  müsahibəsində  bu faktı təsdiqləyərək deyib : Sionist rejim ordusu Qəzza zolağına qarşı 50 günlük ədalətsiz müharibədə istifadəsi qadağan olunan təhlükəli və dağıdıcı silahlardan istifadə etdi ki, bu bölgənin çirklənməsinə səbəb oldu. Ona görə də  bölgədə insanların bir qrupu xərçəng xəstəliyinə düçar olub , bu xəstələrin sayı hər gün artmaqdadır.
Daxil olan məlumata əsasən, son aylar Qəzzada xərçəng xəstəliyinə tutulan insanların sayı iki dəfə çoxalıb və hər ay Qəzzada 50  nəfərdə  bu xəstəliyə tutulma faktı qeydə alınır.
Məlumatda qeyd olunub ki, Sionist rejim Qəzza zolağını mühasirəyə alaraq xəstələrin Qəzzadan çıxmasına mane olur . Bundan başqa Sionist rejim Qəzzadakı  xəstəxana və klinikalara tibbi təchizatlar və dərman preparatlarının gətirilməsinin qarşısını alır.  Belə bir vəziyyətdə Qəzzada xərçəng xəstəliyinə düçar olan insanların vəziyyəti günbəgün ağırlaşır. /

Google+ WhatsApp ok.ru