Qədir-Xum bayramı münasibəti ilə `Quran gecəsi` təşkil olundu - FOTO

Bakıda Qədir-Xum bayramı münasibəti ilə "Quran gecəsi" təşkil olunub. 

Bildiyimiz kimi  Zilhiccə ayının 18-i (oktyabr ayının 13-ü) İslamın ən böyük bayramı olan Qədir-Xum bayramı dünya müsəlmanları tərəfindən hər il qeyd olunur. Əhalisinin 98% müsəlman olan Azərbaycan xalqı hər il bu möhtəşəm bayramı çox böyük sevinc hissi ilə keçirir. Bu il də bayram mərasimləri ölkənin müxtəlif şəhər və rayonlarında qeyd olunur. 

Maide.az-ın məlumatına görə,Qədr-Xum bayramı münasibətilə  bu gecə (12.10.2014) Bakının "Hacı Cavad" məscidində "Quran gecəsi" təşkil olunub. 

Şam namazından sonra təşkil olunan "Quran gecəsi"ndə  Azərbaycanın tanınmış qariləri iştirak edib. /

Google+ WhatsApp ok.ru