Qəzza rəsmisi dünyanı təcili yardıma çağırır

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra , Qəzzada yanacaq çatışmamazlığı üzündən elektrik enerjisinin tez-tez kəsildiyini və bunun xəstələrin canı üçün təhlükə yaratdığını bildiirb.  
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Ə.Kudra vəziyyətin çox ağır olduğunu və xəstələrin xilası üçün tez bir zamanda yardım edilməsini istədi. “Yanacaq çatışmamazlığı üzündən Qəzzada fəlakətlə üz-üzəyik. Saxlaclardakı yanacaq tükənmək üzrədir və saxlaclardakı yanacaq qurtararsa xəstələrin canı təhlükədədir.”
Kudra Qəzzada dərman və dərman preparatları ilə bağlı da vəziyyətin acınacaqlı olduğunu vurğulayıb və deyib ki, dərman çatışmazlığını  da aradan qaldırmaq üçün tez hərəkətə keçmək lazımdır. 
Qəzzanın Ən-Nusra Uşaq Xəstəxanasının baş həkimin köməkçisi Nasir Bülbül deyib ki, yanacaq çatışmamazlığına görə işıqların tez-tez sönməsi reanimasiyada yatan bir çox uşağın canı təhlükədədir. “Reanimasiyadakı avadanlıqların bir çoxu işıqların tez-tez sönüb yanmasına görə, sıradan çıxıb. İşıqların tez-tez kəsilməsi xəstəxanada vəziyyəti dahda gərginləşdirir.”
Qeyd edək ki, Sionist rejim Qəzzaya son 51 günlük hücum zamanı Qəzzanın elektrik enerjisini təmin edən yeganə elektrik stansiyasını bombalayıb. Ona görə Qəzzada hazırda işıq böhranı yaşanır. 
Sionist rejimi cari ilin iyul və avqust aylarında 51 gün müddətinə Qəzzaya hücum etmişdi. Hücumlar nəticəsində 2158 nəfər Qəzzada şəhid və 11 mindən çox fələstinli yaralanmışdı./
 

Google+ WhatsApp ok.ru