Qəzzada 28 min 366 ev zərər görüb

Maide.az-ın xəbərinə görə, Qəzzada mətbuat konfransı keçirən Fələstin hökumətinin Quruculuq və Yaşayış naziri Mufid əl-Hasayinə nazirliyin Birləşmiş Millətlər İnkişaf Proqramı ilə (UNDP) birgə İsrail rejiminin Qəzzaya qarşı hücumlarının vurduğu zərərlərin hesablanması əməliyyatını bitirdiyini söyləyib.
 
Hücumlar nəticəsində 28 min 366 evin zərər gördüyünü, bunlardan 3 min 329-unun tamamilə, 23 min 445-nin qismən dağıdıldığını, 1592 evin isə tamamilə dağıldığını bildirən Hasayinə, BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatında (UNRWA) qeydiyyatda olan əlil Fələstinli ailə sayının 88 min olduğunu deyib.
 
Nazirliyin evi tamamilə dağıdılan Fələstinlilərə icarə üçün 600 dollar paylanmağa başladığını qeyd edən Hasayinə, "İsrail Qətərin maliyyələşdirdiyi yenidənqurma layihəsi üçün lazımi materialların Kerm Əbu Səlim sərhəd qapısından girişinə icazə verdi. Bu da bizə abadlıq fəaliyyətlərinə başlamağımız üçün ümid verir" deyib.
 
Qəzzanın yenidən abadlığı üçün vəzifəli Qətər komitəsi isə son hücumların başladığı tarixdən bu yana sement girişi olmadığını, buna görə də işlərin dayandırıldığını bildirib.

Google+ WhatsApp ok.ru