`Qərbdəki müsəlmanlarla müqayisədə İrandakı xristianlar tam təhlükəsizdirlər`

Biz İslamdan digər dinlərin ardıcılları ilə insaf və ədalətlə davranmağı öyrənmişik. Bu İslamın bizim üçün verdiyi hökmdür. Bu sözləri Ali Lider Ayətullah Seyid Əli Xamenei İran Parlamentində olan dini azlıqların nümayəndələrini qəbul edərkən deyib. 
Maide.az məlumat verir ki, Ayətullah Xamenei deyib ki, bu gün dünyada insaf və ədalət iddiaçıları olan dövlətlər və güclər heç bir yerdə insaf və ədalətə əməl etmirlər. Bu gün Avropa , Amerikada  müsəlmanların əleyhinə necə mənfi təbliğat aparıldığını görürsüz. Məsələ müsəlmanların bu ölkələrdə niyə lazimi azadlıqlarının olmaması deyil, bəlkə onların  təhlükəsizlikyinin təmin olunmamasıdır. 
“Qərbdə müsəlman qadına qarşı hicabına görə zorakılıq edilir. Səbəbkarlar təqib edilmir və ya ədalətli şəkildə cəzalandırılmır. Avropa və Amerikada vəziyyət bu cürdür. Bu ölkələr insan haqları iddiaçısıdırlar, Amma İranda indiyə qədər bir müsəlmanın bir xristiana dininə görə təcavüz və zorakılıq etməsini görməmisiniz. Hətta, İranda qatı dindar bir fərd belə bunu özünə icazə vermir. Bütün bunları İrandakı xristianların vəziyyəti ilə müqayisə edin. İranda xristianların təhlükəsizlik durumu barədə dünyaya danışın ki bilsinlər.”
Ayətullah Xamenei qərb ölkələrində müsəlmanların təhlükəsizlik durumu ilə İrandakı xristianların təhlükəsizlik durumunu təfərrüatlı şəkildə müqayisə edib və qonaqlardan bu məsələnin digər qaynaqlara deyilməsini və çatdırılmasını istəyib./

Google+ WhatsApp ok.ru