Qəza şəraiti yaradan YPX - VİDEO

Bu hadisə 24 Fevral 2015-ci il tarixində Afiyəddin Cəlilov,Yusif Səfərov küçələrinin kəsişməsində saat 15:17 radələrində baş verib. 
 
Maide.az-ın avtostop.tv-yə istinadən məlumatına görə, Afiyəddin Cəlilov küçəsi ilə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında dayanırlar. Bu zaman həmin küçədə xidmət aparan YPX əməkdaşı sürücülərə “SÜR” əmrini verir. 
 
Videodan göründüyü kimi bir sürücü ağ rəngli Hyundai markalı avtomobildə YPX əməkdaşının əmrinə tabe olur. 
 
Lakin YPX əməkdaşı Yusif Səfərov küçəsi ilə gələn avtomobillərə “DUR” əmri vermədiyi üçün qəza şəraiti yaranır. Qanuna əsasən YPX bu yolu nizamlayan zaman bir istiqamətdə gələn avtomobilləri saxlamalı, digər istiqamətdən gələn avtomobillərə isə “sür” əmri verməli idi. Bu şəraitdə qəza yaranardısa o zaman YPX inspektoru məsuliyyət daşıyacaqdı. 
 
Əgər ağ rəngli Hyundai markalı avtomobilin sürücüsünə qırmızı işıqda keçdiyinə görə cərimə haqqda protokol gələrsə o zaman bu sürücü videodan istifadə edərək həmin protokolu ləğv edə bilər. Çünki burada sürücü qanuna əsasən nizamlayıcının əmrini əsas tutmuş və svetoforun qırmızı qadağanedici siqnalının qüvvədən düşmüş hesab etmişdir. Qanunla bu sürücü düzgün qərar verib.
 
Son olaraq yolayrıclarında hərəkət zamanı digər istiqamətlərdən nəqliyyat vasitələrinin gəlmədiyinə əmin olun. Hətta  YPX “sür” əmri versə belə.

Google+ WhatsApp ok.ru