Qəzalı Türkiyə təyyarəsi 20 min nəfərin Katmandu hava limanında uçuşuna mane olub

Martın beşindən indiyədək yeganə beynəlxalq hava limanının təyyarə qəzasi ilə əlaqədar olaraq işləmədiyi Nepalın paytaxtı Katmandudan 20 mindən çox insan uça bilmir.
 
Maide.az-ın  RİA “Novosti”yə istinadla verdiyi xəbəbə görə, çərşənbə günü Katmandu hava limanına eniş zamanı İstanbuldan uçuş həyata keçirən "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağının hüdudlarından kənara çıxıb.
 
Təyyarənin bütün sərnişinləri hadisə yerindən təxliyyə edilib.
 
Müxtəlif məlumatlara əsasən, göyərtədə 224-dən 248-dək sərnişin olub, onlardan dördü xəsarət alıb.
 
Hazırda hadisənin səbəbləri aydınlaşdırılır.
 
“Hava limanının işçiləri qəzalı təyyarə uçuş-enmə zolağından götürülənədək hava limanını bağlamaq qərarına gəliblər. Təxminən 20 min nəfər Katmandudan uçuşu gözləyir, təxminən elə bu qədər insan Nepala uçmaq niyyəti ilə müxtəlif ölkələrin hava limanlarındadır.”, - BBC-nin məlumatında deyilir.
 
Bildirək ki, Hindistan Hərbi-Hava Qüvvələri hava limanının fəaliyyətini iflic edən qəzalı Türkiyə təyyarəsinin təxliyyəsinə yardım etmək üçün Katmanduya xilasedicilər komandası göndərib. salamnews /

Google+ WhatsApp ok.ru