Qərbdə qarşıdurma: Berlinin NATO ilə konflikti başladı

“NATO-nun Avropa qoşunlarının komandanı Filip Bridlavın çıxışından sonra Almaniya tarixi ərzində ilk dəfə NATO ilə açıq konfliktə girib”.

  Axar.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.  

Mətbuat bu konfliktin Berlin üçün gözlənilməz olduğunu bildirib:   “Avropa Birliyi Amerikanın strategiyasına qarşı müqavimət göstərir. İstənilən halda Avropa tarixi boyunca ilk dəfə NATO-ya qarşı çıxır”.  

Qeyd edək ki, bir müddət öncə Bridlav çoxlu rus əsgəri və texnikasının Ukraynanın şərqinə girdiyi haqqında məlumat yaymışdı. Sonradan çıxış edən Almaniya Xarici İşlər naziri Amerikanın məlumatlarının həqiqətə uyğun olmadığını bildirmişdi./

Google+ WhatsApp ok.ru