Qətər və Türkiyə Yəmənə terrorçu ezam etmək üçün razılığa gəliblər

Maide.az-ın "Middle East Panorama" xəbər portalına istinadla verdiyi məlumata görə, Qətər və Türkiyə rəsmiləri İraq və Suriyadan terror qruplaşmaların lazımi təlimləri keçdikdən sonra Ənsarullah Hərəkatı ilə qarşılaşmaq üçün Yəmənə ezam olunmaları üzrə razılığa gəliblər. 
 
Xəbər mənbələrinin bildirdiyinə görə, Türkiyə və Qətərin bu hərəkətdə məqsədi Ənsarullah Hərəkatını məğlub etməklə Yəmənin siyasi vəziyyətini ələ keçirməkdir. Bu razılaşma Səudiyyə Ərəbistanının koordinasiyası olmadan həyata keçirilib. Bu da Qətər və Ərəbistan arasında ciddi rəqabətin olduğunu göstərir. 
 
Türkiyə mətbuatı Yəməndə Ənsarullah Hərəkatı ilə döyüşmək üçün onlarla terrorçunun könüllü olduğunu bildirib. 
 
Bu şəxslər Suriyanın müxtəlif bölgələrindən İstanbula gətirilir ki, Türkiyə və Qətərin təyyarə şirkətləri onları Ədən şəhərinə aparsınlar.

Google+ WhatsApp ok.ru