Qəzzada 2 min cütlük eyni anda nikaha girdi

Qəzzada kütləvi nikah mərasimi təşkil edilib.
Maide.az xəbər verir ki, kütləvi nikah mərasimində 2 min fələstinli cütlük yeni ailə həyatına başlayıblar.
Mərasimdə Türkiyə  Koordinasiya Agentliyi Rəhbərliyi (TİKA)  rəsmiləri ilə yanaşı Həmas Siyasi Büro rəhbərinin köməkçisi İsmayıl Həniyyə də iştirak edib.
Mərasimdə  yeni evlənən 2 min cütlüyə ümumilikdə 4 milyon dollar (hər ailəyə 2 min dollar) maddi yardım  ediləcək.
Bundan başqa, Türkiyə tərəfindən Qəzzada sionist İsrailin təcavüzündən sonra evsiz qalan insanlar üçün 340 mənzildən ibarət olan 20 bina da inşa ediləcək.
Məlumat üçün bildirək ki, sionistlərin Qəzzaya təcavüzü nəticəsində 19 mindən çox ev tamamilə uçub, 70 mindən çox fələstinli evsiz qalıb./

Google+ WhatsApp ok.ru