Qəzzalı müəllimlər maaş aksiyası keçirdi

Qəzzada Həmas dövründə işə başlayıb yeni hökumətdən maaş ala bilməyən müəllimlər aksiya keçirib.
Maide.az xəbər verir ki, Qəzzadakı məktəblərdən birinin qarşısına toplaşan müəllimlər “maaşsız müəllim”, “maaş haqqım”, “vicdan harada?” şüarları səsləndiriblər.
Aksiyaya qatılanlar ən qısa zamanda hökumətdən maaşlarının verilməsini tələb ediblər. Müəllimlər cümə axşamı xəstəxanaların təcili yardımlarından başqa bütün ictimai qurumlarda tətil ediləcəyini bildiriblər.
Məlumat üçün bildirək ki, Qəzzada ötən ilin may ayından bəri cəmi bir dəfə verilən 1200 dollardan başqa, müəllimlər aylıq maaşlarını davamlı olaraq ala bilmirlər.//

Google+ WhatsApp ok.ru