`Qəbələ` - `Sumqayıt` matçının keçirilmə vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyununun vaxtı dəyişdirilib. Maide.az-ın Peşəkar Futbol Liqasına (PFL) istinadən verdiyi məlumata görə, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 20-də deyil, bir gün sonra baş tutacaq.
Belə ki, "Qəbələ" klubu PFL-ə müraciət edərək "Sumqayıt"la görüşün vaxtının dəyişdirilməsini xahiş edib. PFL əsasnaməni nəzərə alaraq, Azərbaycanı Avropa Liqasında təmsil edən komandanın oyun vaxtını dəyişib.

Google+ WhatsApp ok.ru