Qəzzada əl-Əqsa məscidinə dəstək aksiyası

Qəzza sakinləri sionistlərin əl-Əqsa məscidinə və Qüdsdə yaşayan fələstinlilərə qarşı hücumlarına etiraz olaraq aksiya keçirib.
Maide.az Əl-Aləm kanalına istinadən məlumat verir  ki, Qəzza sakinləri bazar ertəsi günü axşam namazından sonra əl-Əqsa məscidini və Qüdsdə yaşayan fələstinliləri dəstəkləmək məqsədi ilə etiraz aksiaysı keçiriblər. 
Aksiya iştirakçıları sionistlərin əl-Əqsa məscidinə hücumlarını və fələstinlilərin həbsini pisləyiblər. 
Fələstindən gələn digər bir məlumata görə, onlarla fələstinli bazar ertəsi günü işğal altında olan Qüdsün Əşqəriyyə bölgəsində sionist rejim hərbçilərinin zəhərli qazlardan istifadəsi nəticəsində zəhərlənib. 
Fələstinin informasiya qaynaqları həmçinin bildirirlər ki, bazar ertəsi günü fələstinli gənclər və sionistlər arasında çıxan toqquşma hələ də davam edir. 
Məlumatda həmçinin bildirilir ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Qüdsdəki hərbçilərin sayı 4000 nəfərə qədər artırılması haqqında göstəriş verib.  /
 

Google+ WhatsApp ok.ru