Qətərdə Qurani-Kərim sərgisinin açılışı olub

İslamın müxtəlif dövrlərinə aid olan Qurani-Kərimin 60 nüsxəsini özündə cəmləşdirən “Quranla səfər” adlı sərginin Qətərdə açılışı olub.
 
Maide.az xəbər verir ki, bu Quran sərgisinin açılışı Qətərin Mədəniyyət, İncəsənət və İrs naziri Həmd İbn Əbdüləziz əl- Kəvaderi ölkənin Əzdan Moll Mədəniyyət Kompleksində baş tutub və noyabr ayının sonunadək davam edəcək.
 
Sərgidə İslamın müxtəlif dövrlərinə, o cümlədən Hz. Peyğəmbərdən (s) sonrakı dövrə aid olan Qurani-Kərimin 60 nüsxəsi nümayiş etdirilir.
 
“Quranla səfər” adlı  sərgi  300 kv2 sahədə təşkil edilib və bütün ziyarətçilər üçün açıqdır.
 
Sərgidə, habelə ziyarətçilər üçün sensor ekranlar quraşdırılıb ki, insanlar həmin ekranlardan istifadə etməklə Qurani- Kərim yazıları sahəsindəki yeniliklərlə tanış ola bilər və sərgi haqqında bütün məlumatlar ərəbcə və ingiliscə olmaqla iki dildə təqdim edilir.  /
 

Google+ WhatsApp ok.ru