Qəlbləri fəth edən İmam Hüseyn (ə): Şiə, sünni və məsihilər birlikdə Ərbəin ziyarətində - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, artıq yüzminlərlə insan Ərbəin ziyarəti üçün müqəddəs Kərbəlaya axın etməkədir.
Maide.az xəbər verir ki, İmam Hüseynin (ə) ziyarətinə yollanan izdihamda yalnız Əhli-Beyt (ə) aşiqləri deyil, digər məzhəb və dinlərin nümayəndələri də vardır. Belə ki, bu günlərdə Ərbəin ziyarətinə yollananlar arasında tez-tez Əhli-təsənnün məktəbinin ardıcıllarına da rast gəlinir. 
 
Əksəriyyəti Əhli-təsənnün ardıcılı olan "Məhəmməd (s) Ümməti" adlı beynəlxalq zəvvar karvanı İrandan yola düşüb. Bu beynəlxalq zəvvar karvanı paytaxt Tehranda ümumdünya "Vəhdət" həftəsi ideyasının banisi İmam Xomeyninin (rə) məqbərəsini ziyarət edərək oradan Kərbəlaya yola düşüb. Karvana onlarla alim, ziyalı, mədəni və sosial sahələr üzrə fəallar, şair, yazıçı və idmançılar daxildir. Karvan təşkilatçıları bildirib ki, onlar bu addımları ilə İmam Hüseynin (ə) yaşatdığı qlobal mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirirlər.  
 
Qeyd edək ki, İmam Hüseynin (ə) Ərbəin zəvvarları bununla məhdudlaşmır. Sizlərə Ərbəin yürüşündə iştirak edən məsihi zəvvarların da görüntülərini təqdim edirik. Görüntülərin birində Vatikan kilsənin ruhanilərini görürsünüz. Bu görüntü Ərbəin yürüşü zamanı onlar dincəlmək üçün dayandıqları xeymədə çəkilib.     
 
Digər foto isə elə yürüş zamanı Kərbəla yolunda çəkilib. Əhli-təsənnün və Əhli-beyt (ə) məktəbinin ardıcılları bir məsihi ilə birlikdə bu müqəddəs səfərdə birgə addımlayırlar. Onların verdikləri mesaj isə belə olub: "Sünni, şiə və məsihi; İmam Hüseyn (ə) bizi birləşdirir." /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru