Qərb sahilində daha iki fələstinli gənc qətlə yetirilib

Onlar cümə günü səhər əl-Xəlil şəhərinin mərkəzi sayılarn Tel Ermide rayonunda öldürülüblər.
Maide.az xəbər verir ki, İsrail qaynaqlarının iddialarına əsasən, əmioğlu olan 22 yaşlı Feysəl Funun və 15 yaşlı Feysəl ƏbdülMon`em bir sionist əsgərə bıçaqla hücum etmək istəyiblər.
İsraillilər iddia ediblər ki, bu iki gənc Nəzarət postundan keçdikdən sonra bir İsrail əsgərinə hücum edirlər, lakin hərbçilərin açdığı atəşlə qətlə yetirilirlər.
Eyni zamanda, Fələstin sionist qəsəbələrinin yaradılmasına qarşı Gənclər Birliyinin əlaqələndiricisi İsa Əmr bildirib ki, sionistlərin bu iddiası doğru deyil.
Qeyd edək ki, Oktyabr ayının əvvəlindən və işğal olunmuş ərazilərdə iğtişaşların başlamasından indiyədək 110 nəfərdən çox fələstinli həyatını itirib.
Bildirilir ki, bu iğtişaşlar nəticəsində həmçinin 20-dən çox israilli öldürülüb./
 

Google+ WhatsApp ok.ru