Qəzzalı xərçəng xəstələri İsrail rejiminin blokadasında

İsrail rejiminin blokadasına görə lazımi tibbi imkanların olmadığı Qəzza zolağında xərçəng xəstələri müalicələri üçün zəruri dərmanları əldə etmədiyi  kimi, xaricdə müalicə imkanından da məhrumdurlar.
 
Maide.az xəbər verir ki, fələstinli minlərlə xəstə bölgədəki sağlamlıq şərtləri səbəbiylə Fələstin Səhiyyə Nazirliyi nəzdindəki Xaricdə Müalicə Şöbəsindən raport alaraq Beyt Hanun (Erez) Sərhəd Qapısı vasitəsilə Qüds, Qərbi İordan və İsrail xəstəxanalarında müalicə almaq məcburiyyətində qalırlar.
 
Sözügedən raportun alınması üçün həftələrlə gözləyən xəstələr əksərən İsrailin hesabatı qəbul etməməsi səbəbilə məyus olurlar.
 
Statistikaya görə, mini xroniki olmaqla 4 min xəstə müalicə imkanlarının çatışmazlığı səbəbindən xaricə çıxmağı gözləyir. Qəzza zolağında 16,5 faizlə ən çox müşahidə edilən döş xərçəngidir. Onu öz növbəsində 12 barmaq bağırsaq və ağciyər xərçəngi təqib edir.
 
Təxminən bir ildir ki, döş xərçəngi olan 43 yaşlı fələstinli Emira Əş-şimali keçən ay kimyaterapiya görməsi lazım olduğunu, ancaq İsrailin rejiminin təhlükəsizlik səbəbilə Qüdsə keçməsinə icazə vermədiyini deyib: "Halımın nə olacağını bilmirəm. Müalicəm tam bir ay gecikdi. Daha nə qədər ləngiyəcəyi haqda da heç bir məlumatım yoxdur. Davamlı özümü yorğun və əzgin hiss edirəm. Ev işlərində çətinlik çəkirəm, həyatım xəstəliklə keçəcək kimi gəlir".
 

Google+ WhatsApp ok.ru