Qənimət Zahidin qohumlarının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.  
 
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. 

Google+ WhatsApp ok.ru