Qəzza mühasirəsinə son qoymaq məqsədi ilə kampaniyaya

Qəzza zolağının mühasirəsinə son qoymaq üzrə beynəlxalq komitə beynəlxalq kampaniyaya start verərək bu on illik mühasirəyə son qoyulmasını istəyib.
 
Maide.az xəbər  verir ki, Qüds Xəbər Agentliyinin məlumatına görə, Qəzzə zolağının mühasirəsinə son qoymaq üzrə beynəlxalq komitə dünyanın ümumi fikrini Qəzza fələstinlilərinin əzab əziyyətinə yönəltmək və sonda on illik mühasirəyə son qoymaq üçün  beynəlxalq kampaniyaya start verib.
 
Bu komitə bəyanat yayaraq bildirib: Twitter və Facebook sosial şəbəkələrində ərəbcə və ingiliscə bir kampaniyaya start verilib. Məqsəd dünyanın ümumi fikrini Qəzza zolağında yaşayan 2 milyona yaxın fələstinlinin əzab əziyyətinə yönəltməkdir.
بكفي_حصار #   #BreakGazaSiege  
 
Komitə əlavə edib: Bundan əlavə bu kampaniyaya başlamaqda məqsəd, insan haqları və beynəlxalq təşkilatları Qəzza zolağının ədalətsiz mühasirəsinə son qoymaq üçün İsrailə təzyiq göstərməyə dəvət etməkdir.
 
Qeyd  edək ki, Sionist rejim 2007-ci il iyun ayının ortalarından Həmasın Qəzza zolağına nəzarəti ardınca, bu bölgənin mühasirəsini gücləndirib və Həmas hərəkatının 2014-cü ildə hakimiyyətdən getməsinə və Fələstin Milli Birlik hökumətinin yaradılmasına baxmayaraq bu mühasirəni hələ də davam etdirir. /

Google+ WhatsApp ok.ru