Qəzzada Fələstinli əsirlərə dəstək aksiyası

Yüzlərlə fələstinli İsrail zindanlarında saxlanılan əsirlərin azad edilməsi tələbi ilə Qəzzadə aksiya keçirib.
 
Maide.az xəbər verir ki, Livanın əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, yüzlərlə fələstinli bazar günü Qəzzə Zolağının şimalında, Beyt Hanun keçid məntəqəsində aksiya keçirərək, Fələstin dövləti və rəsmilərindən fələstinli əsirlərin azad edilməsi üçün ciddi çalışmasını istəyiblər.
 
İsrail zindanlarında saxlanılan fələstinli əsirlər ağır və dözülməz şəraitdə saxlanılır. 
Fələstinli əsirlər cəmiyyəti 2015-ci ildə 6830 fələstinlinin həbs edildiyini bildirib. Bu fələstinlilərin 57-si qadın, 450-si isə azyaşlı olub.
 
Hazırda İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin sayı 7000-dən çoxdur./
 

Google+ WhatsApp ok.ru