Qəzzanın bərpası üçün ayrılacaq 3.5 milyard dollar və bəzi ərəb ölkələrinin vədəxilaf çıxması

Dünya Bankının hesabatına əsasən

İşğalçı İsrail rejiminin davamlı  təcavüzü nəticəsində  infrastrukturu dağılan Qəzzanin yenidənqurma işləri  bəzi  müsəlman ölkələrinin sözlərinə əməl etməməsi nəticəsində  yarımçıq qalıb.
 
Maide.Az  xəbər verir ki, Qəzza zolağında 1.7  milyon nəfər yaşayır.  2007-ci ildən Qəzza zolağı İsrail rejiminin mühasirəsində saxlanılır.  2014-cü ilin yayında  sionist rejimin vəhşicəsinə hücumu nəticəsində 1000-dən çox insan həlak oldu, minlərlə insan yaralandı.  Bölgənin  infrastrukturu  demək olar ki, tamamilə dağıdıldı.  Içməli  su və işığa həsrət qalan Qəzza sakinləri üçün yaşayış bu təcavüzdən sonra daha da ağırlaşdı.
 
2014-cü ildə  Qəzzaya olan təcavüzdən sonra  həmin ilin payızında Misirdə   Qəzzanın yenidənqurulmasına yardım məqsədi ilə 50 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda  iştirak edən ölkələr  Qəzzanın bərpası üçün  3.5 milyard dollar  pul ayıracaqlarına söz verdilər. 
 
2016-cı ilin  aprel ayının 19-da  Dünya Bankı Qəzza zolağının yenidənqurulması üçün verilmiş vədələrin yerinə yetirilməməsi ilə bağlı ürək ağrıdan hesabat yayıb. Hesabatda bildirilir ki, bəzi ölkələr xüsusi ilə bəzi  Ərəb ölkələri  və Türkiyə  verdikləri vədəyə əməl etməyiblər.  Dünya Bankının hesabatına əsasən,  3.5 milyard dollar vəsaitin yalnız 40 faizi  indiyədək ödənilib.  
 
Dünya Bankının məlumatına görə, Qəzzanın yenidənqurulması üçün  Türkiyə  200 milyon dollar  söz versədə  64  milyon dollar, Səudiyyə Ərəbistan  500 milyon dollar söz versədə bu pulun yalnız 10 faizini,  Qətər 1 milyard dollar  yardım söz versədə 152 milyon dollar,  BƏƏ 200 milyon dollar söz versədə 29 milyon dollar ödəyib. Hesabata görə, Kuveyt Qəzzanın  yenidənqurulması üçün 200 milyon dollar söz verib lakin indiyədəik  bir dollarda ödəməyib. 
Hesabatda bildirilir ki, bəzi qeyri-müsəlman ölkələr o cümlədən Hollandiya, Finlandiya, Avstrya, Hindistan və Rusiya kimi ölkələr  Qəzzanın yenidənqurulması üçün  öhdəliklərini tam yerinə yetiriblər. 
 
Dünya Bankının  hesabatına görə,  Qəzzada dağılan evlərin yalnız 9 faizində bərpa işləri görülüb. Hələdə 75 min nəfər evsiz-eşiksizdir. 
 

Google+ WhatsApp ok.ru