Qəzzadan olan `Plastilin oğlan` qeyri-adi hərəkətləri ilə dünyanın bir nömrəsidir - FOTO

12 yaşlı Məhəmməd əl-Şeyx reyzin bədəni ilə bütün dünyanı heyrətdə qoyur.
 
Maide.Az xəbər verir ki, Məhəmmədin boyunun hündürlüyü - 137 sm, çəkisi isə 37 kq-a bərabərdir. Ona baxanlar belə düşünürlər ki, oğlan tamamilə sümüksüzdür. 
 
"Məhəmməd 4 hərəkəti ilə dünyanın bütü idmançılarından yaxşı yerinə yetirir və seçilir. Bununlada o,hamıdan güclü olduğunu sübut edir.",-deyə onun baş məşqçisi Məhəmməd Lyubbad deyir. 
 
Qəzzanın sərhədləri bağlı olduğundan, biz oğlanın özünəməxsus hərəkətlərini onun şəxsi feysbuk səhifəsində izləyə bilirik.
 
Məhəmməd 2014-cü ildə İsrail-Fələstin müharibəsindən sonra tanınmağa başladı. Bundan öncə o, Livanda keçirilən «Arabs Got Talent» adlı müsabiqədə iştirak edərək, 14 milyon səs toplamağa nail olmuşdu.
 
Düzdü, gənc akrobat müsabiqəni udmasa da, lakin onun qeyri-adi hərəkətləri Məhəmmədi bütün Ərəb dünyasında məşhur etmişdi.
 
Fələstinli oğlanın ən böyük arzusu "Guinness Rekordlar" kitabına düşmək və bütün dünya boyu öz qeyri-adi hərəkətləri ilə insanları təəccübləndirməkdən ibarətdir.
 

Bu arzusunu reallaşdırmaq üçün ona yeganə maneə İsrailin Qəzzalıları blokadada saxlamasıdır. /
 


 

 

Google+ WhatsApp ok.ru