Qəzza zolağının blokadasının 9 –cu ildönümü münasibəti ilə etiraz aksiyası keçirilib -FOTO

Qəzza zolağının blokadasının 9 –cu ildönümü münasibəti ilə etiraz aksiyası keçirilib -FOTO

Qəzza şəhər sakinləri ötən gün bu şəhərdə etiraz aksiyası keçirib. 
 
Maide.Az xəbər verir ki, Sionist İsrail rejimi tərəfindən Fələstinin parçalanması və  Qəzza zolağının  blokadasının 9-cu ildönümü münasibəti ilə keçirilən aksiyada etirazçılar blokadanın aradan qaldırılmasını tələb ediblər. Etirazçılar Qəzzanın küçələrində yürüş keçiriblər. 
 
Qeyd edək ki, Qəzza zolağının blokadası və bu bölgənin İşğal olunmuş Fələstin torpaqlarından ayrılması prossi 2007-ci ildən başlayıb. Sionist rejim 2007-ci il iyun ayının ortalarından Həmasın Qəzza zolağına nəzarəti ardınca, bu bölgənin mühasirəsini gücləndirib və Həmas hərəkatının 2014-cü ildə hakimiyyətdən getməsinə və Fələstin Milli Birlik hökumətinin yaradılmasına baxmayaraq bu mühasirəni hələ də davam etdirir.Qəzza zolağının 1.8 milyon nəfər əhalisi var.   Bu blokadanın  icrasında Misir də işğalçı rejimə kömək edir.  
 
 
 

Google+ WhatsApp ok.ru