Qəbul imtahanlarında az bal toplamağın səbəbləri

Qəbul imtahanlarında az bal toplamağın səbəbləri

«Exo» qəzetində dərc edilən «Təhsil mürəkkəb sosial sistemdir» sərlövhəli məqalədə Müstəqil Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü və parlamentin elim və təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərovla abituriyentlərin bu il qazandıqları nəticələr müzakirə olunur.
 
M.Mürşüdlünün fikrincə, Azərbaycan məktəbləri proqram tərtibi sahəsində qabaqcıl ölkələrdən geri qalır: «Abituriyentlərə proqram tərtib etməkdə geri qalırıq. Bu daha çox şagirdin düşüncə tərzini göstərən məsələlərə aiddir».
 
M.Mürşüdlü builki qəbul imtahanlarında II və III qrup abituriyentlərinin yarıdan çoxunun 200 baldan çox bal toplaya bilməmələrini belə izah edir: «Bu daha çox onunla bağlıdır ki, suallar tərtib edildikdə, çoxu məktəb proqramı ilə üst-üstə düşmür. Bu isə abituriyentlərdə çətinliklər yaradır».
 
Onun fikrincə, bu sahədə vəziyyət getdikcə pisləşir.
 
Keçmiş deputat Şahlar Əsgərov da deyir ki, ölkə təhsilində kardinal dəyişikliklər baş verməyib. Ona görə də, ölkə təsili müasir tələblərə cavab vermək gücündə deyil. Ş.Əsgərov qısa zamanda bu sahədə durumun yaxşılaşacağını da gözləmir. O deyir ki, abituriyentlərin 56 faizinin 200-dən aşağı bal toplamaları haqqında bütün ölkə düşünməlidir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru