Qəzaya uğramış təyyarənin örtüyündə ismarıc - FOTO

Qəzaya uğramış təyyarənin örtüyündə ismarıc - FOTO

 FaktXəbər-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiyanın Taymır vilayətində «Duqlas gözləyir» beynəlxalq ekspedisiyası 1947-ci ilin aprelin 23-də qəza enişi etmiş C-47 sərnişin təyyarəsini aşkarlayıb. SSRİ-yə lend-lizlə verilən Amerika təyyarəsi çovğuna düşmüşdü və iki müəhhriyin imtinasından sonra  Tundrada eniş etmək məcburiyyətində qalmışdı.
 
 
 
 Kömək gözləyən insanlar təyyarənin daxili örtüyündə ismarıclar yazmışdılar. Həmin yazılar bu günə kimi qalıb. Hazırda təyyarə 6 hissədə toplanaraq Krasnoyarsk vilayətinə göndərilib.
 
 
 
 «Mən Tyurikovayam. Göyərtədə 3 uşaq və 6 qadın var. 22.04.47 saaat 00:30-da Kojevnikovdan  təyyarə uçaraq Krasnoyarska kurs götürmüşdü. 05:30-da məcburi eniş. Qurban yoxdur».
 
 
 Bu, heyətin komandiri Maksim  Tyurikvo tərəfindən yazılan ilk  ismarıc idi.
 
 
 
 Bundan başqa digər sərnişinlər də səbr etdiklərini və yardım gözlədiklərini yazılarda qeyd ediblər.
 
 
Təyyarə endikdən 3 gün sonra Maksim Tyurikov  və iki heyət üzvü və 6 könüllü ilə  yardım üçün çıxırlar. Həmin vaxtdan etibarən onlar itkin düşmüş hesab olunurlar. Təyyarədə qalan insanlar isə mayın 11-də tapılır. Onların hamısı salamat idi, səhhətləri də qənaətbəxş hesab olunurdu. Təyyarəni evakuasiya etmək mmükün olmadığından, elə orda qalır. Bir müddət sonra isə, o, tamamilə yaddan çıxır.
 
 
 

 

Google+ WhatsApp ok.ru