Qədir-Xum münasibəti ilə Ali Rəhbər  minlərlə insanı qəbul edib- FOTO- YENİLƏNİB

Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO- YENİLƏNİB

(Ayətullah Xameneinin çıxışı əlavə olunub) 
 
Xəbər verdiyimiz kimi, İslamın ən böyük, ən şərəfli və ən fəzilətli bayramı olan Qədir-Xum bayramı günü münasibəti ilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün müxtəlif təbəqələrdən olan minlərlə insanı qəbul edib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bugünkü görüşdə Qədir-Xum  bayramı münasibəti müsəlmanları təbrik edib və bildirib ki, "Qədir" hadisəsinin ən önəmli mesajı İslamda hökümәt qaydalarının icrası üçün “İmamətin” təyin edilməsi olduğunu vurğulayıb. “Qədir-Xum bayramı ən böyük ilahi bayramdır. Bu bayramın bu cür adlandırılmasının səbəbi "Qədir" hadisəsində baş verən önəmli hadisədir və o İslamda hökumət prinsipləri və qaydalarının təyin olunmasıdır. Elə bu prinsip və qayda islami cəmiyyətdə imamət və vilayətdir ki, Allahın əmri ilə İslam Peyğəmbəri (s) vasitəsi ilə elan olunub. Əlbəttə, bunda hökumət qaydalarının qeyd edilməsi ilə yanaşı, böyük, nurani, müqəddəs və xətasız bir şəxsiyyət olan Həzrəti Əli (ə) imamət ölçüsü kimi, tanıdılıb".
 
Ayətullah Xamenei əlavə edib ki, "Qədir" hadisəsi İslam cəmiyyətinin və hökumətinin əsasını qoymuşdur və İslamın imamət və vilayət qaydalarından kənar monarxiya, zorakılıq və avtoritarizm kimi, heç bir modeli qəbul etməyəcəyini göstərib.
 
Əmirəl-möminin Həzrət Əlinin (ə) özünəməxsus xüsusiyyətləri, xüsusilə onun hökumətinin ədalət, insaf, cəmiyyəti təqvaya hidayət etmək, dünyanın puç və batil vasitələrindən uzaqlaşdırmaq kimi xüsusiyyətlərinə toxunan Ayətullah Xamenei bildirib ki, dərin iman, İslamda öncüllük, İslam yolunda fədakarlıq, ixlas, fədakarlıq və güzəşt bu böyük imamın mənəvi və insani xüsusiyyətlərindəndir.
 
Ayətullah Xamenei çıxışının davamında Həzrəti Əlinin (ə) dərin imanı, İslamı ilk qəbul edən şəxs olması, İslam yolunda etdiyi fədakarlıqları, ixlası, Allaha olan elm və mərifəti, cəsarəti, mərhəməti və bağışlayan olması kimi insani və mənəvi xüsusiyyətlərinə toxunaraq, belə danışıb: "Həzrəti Əlinin (ə) bir xüsusiyyəti də onun ədaləti, insafı, xalqın bütün təbəqələrini bərabər görməsi, dünyaya meyl etməməsi, tədbirli olması, cəmiyyəti təqvaya dəvət etməsi, haqqı və ədaləti həyata keçirdiyi vaxt qorxusuzluğu kimi hökumətə rəhbərliyidir".
 
Əldə olan maddi sərvətlərdən istifadə etmək məsələsində vəsvəsəyə düşmək hökumətlərin mübtəla olduğu problemlərdən biridir, amma imamət hökuməti bu mövzuya tamamilə qarşıdır və imamət hökumətində ümumi imkanlardan şəxsi olaraq faydalanmaq qadağandır.
 
İmam Əli (ə) dost və düşməni tanımaq və düşmənləri qruplara bölmək məsələsində də tədbirli idi və onun üç döyüşdə düşmənlərə qarşı mövqeyi fərqli idi. Bizim vəzifəmiz bu zirvəyə doğru hərəkət etmək və iman və gücümüz daxilində ondan faydalanmaqdır.
 
Ayətullah Xamenei "Qədir" məsələsinin əhəmiyyətinin bəyanında, risalətin elan olunmasının imamın elan olunması çərçivəsində olmasına dair Allahın əziz peyğəmbərə (s) əmrinə toxunaraq deyib: "Bu İslam inancı möhkəm əsaslara və zərbə vurulmayacaq faktlara əsaslanır. Amma bu inanca sadiq qalmaq və onu bəyan etmək sünni qardaşların emosiyalarının təhrikinə səbəb olmamalıdır. Çünki bu iş Məsumların (ə) sünnəsinə ziddir".
 
Ayətullah Xamenei İslam dünyasında birliyin əhəmiyyətindən danışıb və bildirib ki, digər İslam məzhəblərinin Şiə adına emosiyalarının təhrik olunması əslində "ingilis şiəçiliyidir". Onun nəticəsidir ki, Amerika və İngiltərənin cəsus şəbəkələrinə bağlı "İŞİD" və "Nüsrə Cəbhəsi" kimi muzdurlar ortaya çıxır ki, bölgədə böyük cinayətlər və fəlakətlər törədirlər.
 
Ayətullah Xamenei bildirib ki, hazırkı şəraitdə düşmənin əsas məqsədi xalqı İslam quruluşuna qarşı qaldırmaq və narazı salmaq məqsədi ilə İran iqtisadiyyatında problem törətməkdir. “Dəfələrlə Müqavimət İqtisadiyyatının reallaşmasını vurğulamışam. Belə şəraitdə, hökumət, parlament, müxtəlif qurumların rəsmiləri və xalq kütlələrinin vəzifəsi düşmənin məqsədləri qarşısında proqramlar tənzimləməli və icra etməsidir”.
 
Ayətullah Xamenei İslamın canlanması və dinin bərpası üçün dayanmadan səy göstərən saysız gənclərin bərəkəti hesabına İran İslam Respublikasının ümumi hərəkətini müsbət adlandırıb və deyib ki, bu gənclər hər bir düşməni, o cümlədən ABŞ və sionist rejimi diz çökdürəcəklər.⁠⁠⁠⁠

 

Google+ WhatsApp ok.ru